yüklənir...
yüklənir...

İtaliyada bayrağımızı daşıyacaq idmançı müəyyənləşdi

Bu gün İtaliyanın Neapol şəhərində açılış mərasimi keçiriləcək XXX Yay Universiadasında bayraqdarımızın adına aydınlıq gəlib.
Vetenperverler.Az xəbər verir ki, II Avropa Oyunlarında olduğu kimi, bayrağımızı yenə də cüdoçu daşıyacaq.
Belə ki, bu, cüdoçu Murad Fətiyev olacaq. Gənclər arasında Avropa çempionatının mükafatçısı olmuş M.Fətiyev Bakı vaxtı ilə saat 23:00-da başlayacaq açılış mərasimində Azərbaycan bayrağını daşıyacaq.

Xatırladaq ki, budəfəki Yay Universiadasında 15 idman növündə (kamandan oxatma, atletika, basketbol, su idman növləri (üzgüçülük, suya tullanma, su polosu), qılıncoynatma, futbol, gimnastika (bədii və idman gimnastikası), cüdo, reqbi-7, yelkənli idman növü, atıcılıq, stolüstü tennis, taekvondo, tennis, voleybol) mübarizə aparılır. Azərbaycandan beş idman növü üzrə 18 idmançı yarışda iştirak edəcək.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:3-07-2019, 19:04
Oxunub:35


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti