yüklənir...
yüklənir...

AKF-nin Sumqayıt filialının açıq birinciliyi keçirildi.

Sumqayıt şəhərinin yaranmasının 70-illik yubleyinə həsr olunmuş kikboksinq üzrə Sumqayıt filialının açıq birinciliyi keçirildi.
Vetenperverler.Az xəbər verir ki, 23.06.2019-cu il tarixində Sumqayıt şəhər Olimpia İdman kompleksində Sumqayıt şəhərinin yaranmasının 70-illik yubleyinə həsr olunmuş kikboksinq üzrə AKF-nin Sumqayıt filialının açıq birinciliyi keçirildi.
Yarışda çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov öz çıxışında bildirdi:
-Əziz qonaqlar və idmançılar! Hər birinizi salamlayıram. 1993-ci ildə növbəti dəfə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra idman və gənclər siyasətini önə gətirdi. Hazırda cənab prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz idman ölkəsi kimi tanınır. Artıq ölkəmizdə bir çox mötəbər idman oyunları keçirilir. Buna misal olaraq 2015-ci il I Avropa oyunlarını, IV İslam oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi buna əyani sübutdur. Sumqayıt İcra başçısı Zakir Fərəcov daima Sumqayıt idançılarına diqqətlə yanaşır, onlar hər dəfə Dünya arenalarında ölkəmizi təmsil etdikdən sonra Vətənə qayıtdıqdan sonra onlarla görüşür onlara xüsusi qayğı və diqqətlə yanaşır. Bu gün Sumqayıtda quruculuq və abadlıq işləri gedir. Sumqayıtın sosial rifahı yaxşılaşdırılması üçün 900-dən artıq dam örtüyü yeniləndi. Günü-gündən gözəlləşən şəhərimizdə müasir standartlara cavab verən idman zallara açılıb idmançıların ixtiyarına verilir. Sumqayıt dostluq, idman şəhəridir! Sonra yarış Azərbaycan Dövlət himninin səslənməsi ilə açıq elan olundu. Rəsmi hissədən sonra bədii hissə başladı.
Yarışın fəxri qonaqlarına Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin idman sektorunun aparıcı mütəxəsisi Pərviz Cəlilov, Yunan-roma güləşi üzrə gənclərdən ibarət yığma komandanın baş məşqıçısı Nurəddin Rəcəbov və digər qonaqlar idilər.
Xatırladaq ki, yarışda Bakı, Abşeron, Sumqayıt və regionlar üzrə 12 idman klubu, 6 yaş qrupu, 19 çəki dərəcəsində 160 idmançı ilə qatılmışdır. Yarışın baş hakimi Rəhim Abbasəliyev idi.
Açıq birinçilikdə bir çox məşqıçı müəllimlər Fəxri Fərmanla, I-II-III yerləri tutan idmançılar kubok, diplom və medala mükafatlandırıldı. Bizdə “Vetenperverler.Az”sayıtı olaraq idmançılarımıza və onların məşqiçi müəllimlərinə yeni-yeni uğurlar və qalibiyyətlər arzulayırıq.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

AKF-nin Sumqayıt  filialının açıq birinciliyi  keçirildi.
AKF-nin Sumqayıt  filialının açıq birinciliyi  keçirildi.
AKF-nin Sumqayıt  filialının açıq birinciliyi  keçirildi.
AKF-nin Sumqayıt  filialının açıq birinciliyi  keçirildi.
AKF-nin Sumqayıt  filialının açıq birinciliyi  keçirildi.
AKF-nin Sumqayıt  filialının açıq birinciliyi  keçirildi.


























скачать dle 10.6фильмы бесплатно
>

Tarix:24-06-2019, 01:56
Oxunub:52


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti