yüklənir...
yüklənir...

Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu - YENİLƏNİB

İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatında idmançılarımız bir gündə iki qızıl medal qazanıb.
Vetenperverler.Az -ın xəbərinə görə, həlledici qarşılaşmada Rusiya təmsilçisiylə üz-üzə gələn Turan Bayramov (-65 kq) sonuncu xal prinsipinə əsasən qalib gələrək Avropa çempionu olub.

Digər finalçımız Əbubəkr Abakarov da həlledici qarşılaşmada Rusiya güləşçisini üstələyərək (3:1) Avropanın ən güclüsü adını qazanıb.

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.

Sərbəst güləşçilərin mübarizəsində bu gün millimizin iki üzvü finalda çıxış edəcək.

Belə ki, 65 kq çəki dərəcəsində mübarizə aparan yeniyetmələrin Olimpiya, dünya və Avropa çempionu Turan Bayramov və 79 kq-da çıxış edən dağıstanlı legionerimiz, yeniyetmələrin dünya çempionu Əbubəkr Abakarov finala çıxıb. Hər iki idmançımızın rəqibi rusiyalı güləşçilər olacaq.

Gürcüstan, Fransa, Moldovadan olan rəqiblərinə qalib gəlmiş Turan Bayramovun rəqibi Müslüm Səidullayevdir. Belarus, Litva, Estoniyadan olan güləşçiləri məğlub etmiş Əbubəkr Abakarovun rəqibi isə həmyerlisi Amxad Taşuhacıyev olacaq.

Qeyd edək ki, Elmar Kazımov (-70 kq) ilk görüşündə – 1/8 finalda moldovalı Vasili Dyakona 4:9 hesabı ilə uduzsa da, həmin idmançı finala çıxdığından, bürünc medal qazanmaq şansı əldə edib. Belə ki, Elmar təsəlliverici görüşdə almaniyalı Tino Retinqeri məğlub etməyə çalışacaq.
Xatırladaq ki, Gənclərin Avropa çempionatında ölkəmizi Beynəlxalq dərəcəli hakim Tural Əliyev təmsil edir.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:9-06-2019, 00:48
Oxunub:41


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti