yüklənir...
yüklənir...

Kikboksçu Elxan Əliyevin növbəti uğuru

Bu barədə Vetenperverler.Az sayıtına çempion Elxan Əliyev məlumat verib.
Yarışda Britaniyadan və Avropadan bir neçə öz ölkələrinin bir nömrəli və ilk onluqda olan idmançıları iştirak edirdi.
Bu yarışda azərbaycanlı kikboksçu Elxan Əliyev böyük ustalıq göstərərək İngilis rəqibi Nathan Epps - i ilk 45-ci saniyədə nokautla məğlub etdi. Bu, Elxanın King of Kings kickboxing döyüş seriyalarında üçüncü döyüşü və üçüncü qələbəsi oldu. Bundan əvvəlki döyüşlərdə də Elxan rəqiblərini ilk round da nokaut etmişdi. Bizim üçün fərəhli haldır ki, Amerikada yerləşən "Kikiboksinq" mətbuatı və "FightBox" televiziyası bu yarışda Azərbaycan idmançılarına xüsusi diqqət ayırıb və Elxan Əliyevdən aldıqları müsahibəsini döyüş öncəsi işıqlandırıblar. Elxan öz müsahibəsində bildirib ki, artıq o 71 kg çəkidə KOK çempionu, litvalı Henrikas Viksraitis ilə dünya çempionu titulu uğrunda mübarizəyə hazırdır. “Bu barədə artıq mən də KOK təşkilatına müraciət etmişəm”.
Böyük ehtimalla Elxan ilk əvvəl bu ilin noyabr ayı Londonda Avropa titulu uğrunda döyüşəcək.
Bizdə “Vetenperverler.Az”sayıtı olaraq idmançımız Elxan Əliyevi və AKF-nın prezidenti Adil Əliyev başda olmaqla bütün kikboksinq sevərləri və ailəsini təbrik edirik. Qarşıda gələn Avropa oyunlarında Elxan Əliyevə bol-bol uğurlar və qalibiyyətlər arzulayırıq.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

Kikboksçu Elxan Əliyevin növbəti uğuru





.























скачать dle 10.6фильмы бесплатно
>

Tarix:8-06-2019, 03:11
Oxunub:140


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti