yüklənir...
yüklənir...

“Mətləb karate do” idman klubunun idmançılarının uğurları

Sumqayıt şəhər “Mətləb karate do” idman klubunun idmançılarının növbəti uğurları.
Vetenperverler.Az xəbər verir ki, 24-26 may 2019-cı il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində 10-cu Dünya Şotakan Karate çempionatı başa çatıb. Yarışda yeniyetmə, gənc və Milli komandamız inamla çıxış edib. Tatamı ustalarımız ümumilikdə 57 medal qazanaraq ikinci yerde qərarlaşıb. Onlardan 24 qızıl medal, 14 gümüş medal, 19 bürünc medaldır. Məlumat üçün bildirək ki, yarışda 40-a yaxın ölkənin 1600-dək idmançıları mübarizə aparıb. Secməmiz bütün yaş qrupları üzrə tam heyətlə qatılıb. Sumqayıt şəhərinin bir qrup karateçiləri bu yarışdan uğurla dönüb. Beləki, Sumqayıt şəhəri “Mətləb karate do” idman klubunun 3 nəfər idmançı yetirmələri WSf karate növü üzrə yarışa qatılıb. Əsəd İmanov 16-17 yaş qrupunda 76 kq çəki dərəcəsində I-yerə, Əbülfəz Rəhimov 18+ yaş qrupunda 84 kq çəki dərəcəsində III-yerə sahib olublar.
Xatırladaq ki, idmançıların məşqıçı müəllimi Əməkdar məşqıçı, 3-cü dan qara kəmər ustası Bəşir Mahmudovdur.
Bizdə “Vetenperverler.Az”sayıtı olaraq idmançılarımıza və onların məşqiçi müəllimlərinə qarşıda gələn qitə cempionatlarında uğurlar və qalibiyyətlər arzulayırıq.
Yeganə Telmanqızı
“Vetenperverler.Az”

“Mətləb karate do” idman klubunun idmançılarının uğurları

“Mətləb karate do” idman klubunun idmançılarının uğurları
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:6-06-2019, 15:57
Oxunub:105


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti