yüklənir...
yüklənir...

Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti idmançıları növbəti uğuru

Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti idmançıları ümumiikdə 9 medal qazandılar.
Vetenperverler.Az xəbər verir ki,25.05.2019 cu il tarixində Ağcabədi olimpiya idman kompleksində Azərbaycan Kikboksinq Federasiyasının 26-cı gənclər, yeniyetmələr və kadetlər arası Azerbaycan kuboku keçirildi.
Kikboksinq üzrə Azərbaycan kubokunda Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti idmançıları 6 qızıl, 2 gümüş və 1 bürünc medal qazandılar . Gənclər arasında İmanov Məhəmməd 54 kg çəki dərəcəsındə - 1-ci yer, yeniyetmələr arasında Cəmşidli Ayxan 54 kg çəki dərəcəsində 1-ci yer, Hümbətov Emil 57 kg çəki dərəcəsində 1-ci yer, Həsənov İlham 57 kg çəki dərəcəsində 2-ci yer, Əkbər Əsədov 51kg çəki dərəcəsində- 1-ci yer Sadıqov Anar 51 kg çəki dərəcəsində 3-cü yer, Mustafayev Elnur 52 kg çəki dərəcəsində - 1-ci yer, Məmmədzadə Tural 63.5 kg çəki dərəcəsində 2-ci yer, Vəlizadə Peyman 67 kg çəki dərəcəsində 1-ci yer.
Xatırladaq ki, yarışda 37 kamanda 288 idmançı iştirak edirdi.
Məşqçilər DİN-nin məşqicisi, Muxdar Allahyarov və Gənclərdən ibarət milli yığma komandanın baş məşqçisi Hakim Hacıyev, yarışın baş hakimi Elnur Alıyev idilər.
Bizdə Vetenperverler.Az sayıtı olaraq Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin qalıb idmançılarının hər birini təbrik edirik və onlara bol-bol ugurlar, qalibiyyət arzu edirik!

Yegane Telmanqızı
"Vetenperverler.Az"

Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti idmançıları növbəti uğuru
Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti idmançıları növbəti uğuru
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:27-05-2019, 11:55
Oxunub:152


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti