yüklənir...
yüklənir...

Azərbaycan akrobatları Avropa çempionatında qızıl medal qazanıblar

Azərbaycan komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında aero dans proqramında qızıl medal qazanıblar.
Vetenperverler.Az xəbər verir ki, gimnastlarımız 17,800 bal toplayıblar. Azərbaycan komandasının tərkibində Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva çıxış edib.

İkinci yerə Rusiya, üçüncü isə Rumıniya komandaları çıxıb.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:27-05-2019, 10:42
Oxunub:121


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti