yüklənir...
yüklənir...

Respublika gününə həsr olunmuş möhtəşəm yarış keçirildi -FOTO

26.05.2019-cı il tarixində kikboksinq və çoxmübarizlik idman növləri üzrə regionlar arası çempionat keçirildi.
Sumqayıt şəhəri Parapolimpiya idman kompleksində 28 may Respublika günü ilə əlaqədar olaraq Azərbaycan Çoxmübarizəli İdman Döyüş növləri Fedarasiyasının Sumqayıt və region nümayəndəliyinin keçirtdiyi açıq regionlar arası çempionat keçirildi. Vetenperverler.Az xəbər verir ki, tədbirdə Fəxri qonaglar da iştirak ediridilər. Açılışda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra yarışın fəxrli qonaqları Dünya Azərbaycanlılarının Mədəniyyət mərkəzinin ictimai birliyinin vitse prezidenti Rasim Məmmədov çıxış etdi: “Əziz qonaqlar valideynlər, dostlar... Bu şəhər və bu şəhərin sakinləri mənim üçün doğmadır. Mən hər dəfə Sumqayıt şəhərinə gələndə bele yarışlarda iştirak etdikdə öz uşaqlığımı və gəncliyimi, unudulmaz günlərimi xatırlayıram. Sizin çempion olmağınıza çox səbəblər var. Uşaqlar hər cürə şəraiti olan zallarda məşq edib çempion olmağa daha da ruhlanırlar. Bu gün siz azad, müstəqil dövlətin vətəndaşlarısınız. Günü-gündən abadlaşan, gözəlləşən Respublikamızda, bizim doğma Sumqayıtımızda siz idmançılar üçün belə səviyyəli idman zalları açılır, həmçinin bu cür yüksək səviyyəli turnirlər və çempionatlar keçirilir. İdman sağlamlıqdır, idman gözəllikdir. Sizin hər birinizə bol-bol uğurlar arzulayıram. Sonra Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin idman sektorunun aparıcı mütəxəsisi Pərviz Cəlilov, “Aslan” şotakan karate idman klubunun prezidenti Rəşad Qurbanov, Qarabağ qazisi Əhliyyət Mehdizadə və digər qonaqlar yarış iştirakçılarını təbrik etdilər. Yarışa Qarabağ qazələri Əhliyyət Mehdizadə, Sahib Vəliyev, Səxavət Salmanov fəxri qonaq qismində dəvət almışdılar.
Rəsmi hissədən sonra bədii hissə başladı.
Yarış katedler,yeniyetmələr, gənclər, kişilər və qızlar arasında keçirildi. 6 yaşından-45 yaşa qədər, 50 çəki dərəcəsində, 200-dən çox idmançı onlardan 2 nəfər qız idmançı öz güçlərini sınadılar. Çempionata 20 idman klubu Bakı, Sumqayıt, Abşeron, Xaçmaz, Şirvan, Sabirabad şəhərlərindən də yarışa qatıldılar.
Xatırladaq ki, yarışın təşkilatçısı 5 Avropa, 10 Dünya çempionu Sərhəd Quliyev, baş hakimi Ərşad Həsənov idi. Sonda I-II-III yerləri tutan idmançılar Diplomla və medala mükafatlandırıldı.
Bizdə “Vetenperverler.Az”sayıtı olaraq idmançılarımıza və onların məşqiçi müəllimlərinə uğurlar və qalibiyyətlər arzulayırıq.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:26-05-2019, 23:39
Oxunub:176

MİLLİ QƏHRAMANLAR
Xəbər lenti