yüklənir...
yüklənir...

Cüdo uzrə məktəb birinciliyi keçirildi

18.05.2019-cı il tarixində cüdo üzrə katedler arası məktəb birinciliyi keçirildi. Vetenperverler.Az xəbər verir ki, Sumqayıt şəhəri Parapolimpiya idman kompleksində Sumqayıt şəhərinin yaranmasının 70-illiyinə həsr olunmuş yarışda Sumqayıt şəhəri 1 nömrəli uşaq və gənclər idman, şahmat məktəbinin idmançı şagirdləri qatılmışdır.
Açılışda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Yarışın fəxrli qonaqları 2 qat Olimpia çempionu, Şöhrət ordenli, Azərbaycan Respublikasının Əmakdar məşqıçısı, Azərbaycan Respublikasının Əmakdar müəllimi Əhməddin Rəcəbli, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin idman işləri üzrə rəisi Vahid Abdullayev idilər.
2007-2009; 2010-2011-cı illər oğlanlar arsında keçirilən katedlerin məktəb birinciliyində 2 yaş, 19 çəki dərəcəsində, 200 idmançı öz güclərini sınadılar.
Xatırladaq ki, yarışın baş hakimi Fərid Ağayev, yarışın baş katibi Azərbaycan Respublikasının Əmakdar məşqıçısı Sahib İsmayılov idi. Sonda I-II-III yerləri tutan idmançılar Diplomla və medala mükafatlandırıldı.
Bizdə “Vetenperverler.Az”sayıtı olaraq cüdocularımıza uğurlar və qalibiyyətlər arzulayırıq.

Yeganə Telmanqızı[/b]
[b] “Vetenperverler.Az”


Cüdo uzrə məktəb  birinciliyi keçirildi
Cüdo uzrə məktəb  birinciliyi keçirildi
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:18-05-2019, 20:06
Oxunub:133


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti