yüklənir...
yüklənir...

QALİBİYYƏTƏ DOĞRU

Əməkdar məşqiçi Natiq Qasımov- Elnur yaşının az olmasına baxmayaraq böyük idmanda böyük uğurlara imza atıb.
Əziz oxucu bu gün “İdmançılarımızı tanıyaq və tanıdaq” lahiyyəsinin qonağı çempion Elnur Mahmudovdur. Çempion Elnur 1989-cı ildə Quba rayonu Cimi kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib. Sonra ailəsi ilə Sumqayıt şəhərinə köçür. Sumqayıt idmançılar şəhəri olduğu üçün kiçik yaşlarından idmana maraq göstərən Elnur böyük idmançıların nailyyətlərin, ədəb-ərkanlarını görür, götürür və o da idmanla məşğul olmaq qərarına gəlir. İdmana gec gəlməyinə baxmayaraq idmanda uqurlarını tez bir zamanda qazanır. İlk məşqlərə Rəhim müəllimin sinifində May-tay idman növü ilə başlayır və sonra Uşu Sanda idman növü ilə məşgul olur. İlk uğuru yeniyetmələr arasında Respublika çempionatının üçüncüsü olur, 2 dəfə Avrasiya və 1 dəfə Beynəlxalq turnirin qızıl mükafatçısı olur. Sonra qarışıq döyüş növləri üzrə idman növündə məşqul olur və 2 dəfə Dünya çempionu, dəfələrlə beynəlxalq turnirlərin, Respublika, peşəkar döyüşlərin, yeddi profesional döyüşün çempionu olur. BDO döyüş növləri üzrə Dünya kubokunun sahibidir.
2005-ci ildən bu günə qədər kikboksinq idman növü ilə məşğul olur. Sumqayıt şəhər 30 saylı tam orta məktəbi bitirib. “Odlar yurdu” Universitetinə qəbul olur. Unversiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə Füzuli rayonunda N saylı hərbi hissədə kəşfiyyat bölüyündə kəşfiyyatçı snayper vəzifəsində bir il xidmət edir. Hərbi xidmətə qayıdıqdan sonra Azneftin tərkibinə tabe olan neft daşlarında əmək fəaliyyətinə başlayır. Sonra ikinci təhsil almaq məqsədi ilə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olur hal-hazırda ikinci kursda qiyabi təhsil alır. 2014-ci ildə “İdman ustası” adına layiq görülüb. Kikboksinq idman növündə Dünya kubokunun sahibidir. Onu da xatırladaq ki, idmançı çempion “Zirvə” Beynəlxalq idman klubunda məşq edir. Elnuru gərgin məşqlərdən ayırıb bir neçə dəqiqəlik müsahibə aldıq.
Elnur müəllim böyük idmanda kifayət qədər böyük nailiyyəti olan idmançısız, bu günə qədər qazandığınız uğurlar artıq oxuculara məlumdur. Bəs qarşıdakı planlarınız nədən ibarətdir?

- Mən idmanı sevib idmana gəlmişəm və bu gün qazandığım uğurlarla kifayətlənən idmançı deyiləm və əsas prinsipimdə daima irəli doğrudur. Bir neçə ildi peşəkar məşqıçım Natıq Qasımovdur. Onun məşqıçı kimi peşəkarlığı məni dəfələrlə qalibiyyətə aparıb və dəfələrlə Beynəlxalq turnirlərin, açıq turnirlərin, Ulu Öndər H.Əliyev adına Beynəlxalq turnirin, “Rinq-Şou” peşəkar yarışının qalibi olmuşam buda hamısı Natiq müəllimin zəhmətinin bəhrəsidir. Noyabr ayında Moskva şəhərində bizi Dünya çempionatı gözləyir və Natiq müəllimin rəhbərliyi altında məşqlərimizi edirik hədəfimiz yalnız dünya çempionu olaraq Vətənə qayıtmaqdır.
Elnur Mahmudovun şəxsi məşqiçisi Əməkdar məşqiçi Natiq Qasımov Elnur haqqında öz fikirlərini bizimlə bölüşdü :
- Elnurun şəxsi məşqıçısı kimi onu deye bilərəm ki, Elnur çox intizamlı, idamanı sevən, idmana bağlı olan, yüksək perespektivə malik olan bir idmançı gəncimizir. Yaşının az olmasına baxmayaraq idmanda böyük uğurlara imza atıb. Məşqləri vaxtı vaxtında edir. Əsl çempion kimi məşq edib və əsl çempion kimi həyat tərzi keçirir. O daima öz üzərində işləyən bir idmançıdır. Qarşıda bizi böyük bir yarış gözləyir. Təcrübəli məşqıçı kimi deyə bilərəmki idmanda fiziki hazırlıqdan başqa həmdə psixaloji hazırlıqlar vacibdir. Mən mütamadə olaraq Elnurla və digər idmançılarla yarış haqqında, rəqibə necə qalib gəlmək, rinqdə rəqiblərimiz kimlər ola bilər, rəqiblərin xarekterini təhlil edirik və ona qarşı məşqlərimizi qururuq, neçə qalibiyyətə əldə etmək olar söhbətlərini aparırıq. Yeganə xanım çox saq olun bizim zalımızda məşq edən idmançılar haqqında yazırsız, Respublikada onları tanıtdırırsız. İdman sağlamlıqdır, idman gənclikdir, idman gözəllikdir. Siz gəncliyimizə bu dərəcədə önəm verirsiz, bizləri işıqlandırırsız. İdmançılar haqqında olan yazıları gənc nəsil oxuyur və idman zallarına axışır, ən əsasıda idmanla məşğul olan yeniyetmələr, gənclər narkomanyadan, pis vərdişlərdən uzaq olur.
Çempion Elnur Mahmudov! “Vetenperverler.Az” xəbər portalı olaraq sizə bol-bol uğurlar, qarşıdan gələn yarışlarda qalibiyyətlər arzulayırıq. Həmişə Dünya, Avropa, Olimpia arenalarında Azərbaycanın qürurverici üç rəngli bayrağını dalğalandırıb, himnimizi səsləndirəsiniz.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

QALİBİYYƏTƏ DOĞRU
QALİBİYYƏTƏ DOĞRU
QALİBİYYƏTƏ DOĞRU
QALİBİYYƏTƏ DOĞRU


скачать dle 10.6фильмы бесплатно
>

Tarix:14-05-2019, 12:00
Oxunub:240


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti