yüklənir...
yüklənir...

Gənclər və İdman Nazirliyindən erməni futbolçu ilə bağlı AÇIQLAMA

Gənclər və İdman Nazirliyi İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədova "Report"a açıqlamasında bildirib ki, deyilənlər heç bir reallığa sığmır.

Nazirlik rəsmisi fikirlərini belə əsaslandırıb:

"Əvvəlki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi, dövlət iştirakçı ölkələrə təhlükəsizlik təlimatı ilə bağlı məktub göndərib".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada "Arsenal"ın rəqibi "Çelsi" olacaq.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:12-05-2019, 22:05
Oxunub:102


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti