yüklənir...
yüklənir...

Millimiz “Böyük Dəbilqə”ni yeddi medalla başa vurdu - YENİLƏNİB

Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində idmançılarımız mübarizəni başa vurub.

Vetenperverler.Az xəbər verir ki, millimiz son gündə bir gümüş və iki bürünc medal qazanıb.

Millimizin legionerlərindən İrina Kindzerskaya (+78 kq) və Zelim Kostoyev (-100 kq) üçüncü yer uğrunda görüşdə qalib gəlib və bürünc medala yiyələnib.
IV İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Məmmədəli Mehdiyev (-90 kq) isə finalda serbiyalı rəqibinə uduzub. O, gümüş medalla kifayətlənib. Bununla da mayın 10-da start götürmüş “Böyük Dəbilqə” turnirində medallarımızın sayı yeddiyə çatıb. Millimiz turniri bir qızıl, iki gümüş və dörd bürünc medalla başa vurub.
Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində idmançılarımız mübarizələrini davam etdir/ 2017-ci ilin dünya üçüncüsü, qızıl medal ümidimiz İrina Kindzerskaya (+78 kq) etimadı doğrultmayıb.

O, yarımfinalda Larisa Çeriçə (Bosniya və Herseqovina) uduzub. Ukraynalı legionerimiz bürünc medal uğrunda Marina Slutskaya (Belarus) ilə mübarizə aparacaq.

IV İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Məmmədəli Mehdiyev (-90 kq) finala çıxıb. O, yarımfinalda Kristian Totu (Macarıstan) məğlub edib. Məmmədəlinin finaldakı rəqibi dünya çempionu Nemanya Maydov (Serbiya) olacaq.
Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində idmançılarımız mübarizəni davam etdirir.
Hazırda üç cüdoçumuz medal qazanmaq şansını saxlayır.
Qadınlar

+78 kq

İrina Kindzerskaya 1/4 finalda Kseniya Çibisovaya (Rusiya) qalib gəldi. O, yarımfinalda Larisa Çeriçlə (Bosniya və Herseqovina) qarşılaşacaq.
Kişilər

-90 kq

Məmmədəli Mehdiyev 1/8 finalda Mərt Şişmanlar (Türkiyə) və 1/4 finalda Yesper Sminkə (Niderland) qalib gəldi. Onun yarımfinaldakı rəqibi Kristian Tot (Macarıstan) olacaq.

Rusiyalı legionerimiz Zelim Kotsoyev (-100 kq) 1/4 finalda öz həmyerlisinə uduzub. O, Kazbek Zankişiyevlə (Rusiya) bacarmayıb. Osetin legionerimiz bürünc medal üçün təsəlliverici yarışda son Avropa çempionu bolqar əsilli Toma Nikiforovu məğlub edib. O, bürünc medal uğrunda görüşdə Otqonbaatar Lxaqvasurenlə (Monqolustan) görüşəcək.
-100 kq

Elmar Qasımov 1/8 finalda rəqibi Toma Nikiforova (Belçika) uduzaraq mübarizəni dayandırdı. Zelim Kotsoyev 1/8 finalda Mikita Sviridi (Belarus) məğlub etdi. Onun 1/4 finalda rəqibi Kazbek Zankişiyev (Rusiya) olacaq.

+100 kq

Rüstəm Kotsoyev 1/4 finalda Qela Zaalişviliyə (Gürcüstan), təsəlliverici yarışda Vladuts Simyoneskuya (Rumıniya) uduzaraq mübarizəni dayandırdı.

13:19

Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində sonuncu – üçüncü günə start verilib.

Bu gün 13 idmançımız mübarizəyə qoşulub.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:12-05-2019, 21:31
Oxunub:153


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti