yüklənir...
yüklənir...

"Nakhchivan Open" beynəlxalq karate-do tirniri

“Buta” gənclər karate idman klubu 3 medal qazandılar.
Vetenperverler.Az 4-5 may tarixlərində Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Heydər Əliyev Kuboku uğrunda "Nakhchivan Open" beynəlxalq karate-do tirniri keçirildi.
Azərbaycan Gənclər və İdman Nazirliyi, Naxçıvan Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli Karate Federasiyası və Naxçıan Karate-do Federasiyasının birgə təşkil etdiyi yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 18-20 yaşlı gənclər iştirak etdilər.
İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində açıq beynəlxalq yarışda 10-dək ölkədən 250 idmançı iştirakı edirdi. Onlardan 80-nəfərə yaxın idmançı Azərbaycan idmançıları idi.
“Buta” gənclər karate idman klubunun 2 idmançısı bu yarışda iştirak edirdi. Elməddin Səlimli 9 yaş-qızıl mükafata, Amil Abbaslı 9 yaş- kata üzrə gümüş mükafata, kumte növü üzrə bürünc mükafata layiq görüldülər.
Bizdə “Vetenperverler.Az” xəbər portalı olaraq idmançılarımızı və onların məşqiçi müəlliməsi Elnurə xanımı Ağayevanı təbrik edirik! Əziz idmançılar sizə bol-bol uğurlar, qalibiyyətlər arzulayırıq. Həmişə Dünya, Avropa, Olimpia arenalarında Azərbaycanın qürurverici üç rəngli bayrağını dalğalandırıb, himnimizi səsləndirəsiniz..

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

"Nakhchivan Open" beynəlxalq karate-do tirniri
"Nakhchivan Open" beynəlxalq karate-do tirniri
"Nakhchivan Open" beynəlxalq karate-do tirniri

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:8-05-2019, 22:10
Oxunub:229


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti