yüklənir...
yüklənir...

Polis Akademiyası kursantlarının yeni uğurları

Polis Akademiyasında əyani təhsil alan kursantlar 16 qızıl, 10 gümüş medal əldə ediblər.

Vetenperverler.Az xəbər verir ki, 04-05.05.2019 tarixində Bakı şəhəri Şağan olimpiya idman kompleksində "Alpqut Turan Döyüş Sənəti" üzrə Ümummilli Lider H.Əliyevin xatirəsinə həsir olunmuş "Açıq Bakı Turniri" keçirilmişdi. Turinirə 17 komanda 244 nəfərə yaxın idmançı qatılmışdı, onların içərisində DİN-in Polis Akademiyasının 15 nəfər əyani təhsil alan kursantlardan ibarət komandasıda iştirak edirdi. Komandanı yarışa Azərbaycan Alpaqut Turan Döyüş sənətinin Nizam İntizam Komitəsinin Sədiri,dəfələrlə Dünya, Avropa, Beynəlxalq Turinirlərin və Azərbacan Çempionatlarının Qalibi, həmçinin Polis Akademiyasının Fiziki Hazırlıq Kafedrasının müəllimi, Polis Leytenantı Natiq İlham oğlu Eminov hazırlamışdı. Yarış 4 (Aypara,Caymaz,Batur, Qurşaq) sistemləri üzrə keçirilirdi.
Natiq müəllim yeni uğurlarla sizi təbrik edirk. Yarışda neçə idmançı nailiyyət əldə etdi?
-Bu yarışa 15 nəfər kursantla qatıldıq, onlardan 13 nəfər qızıl, 2 nəfər gümüş, sistemlər üzrə. Ümumilikdə 16 qızıl 10 gümüş medal əldə etmişik. Gələcək üçün yetişən polislərin Fiziki Hazırlığının yerində olması üçün sağlam ruhda, sağlam bədəndə yetişdirilməsinə bizə şərait yaradan başda Polis Akademiyasının rəisi General-mayor Nazim Əliyevə və digər əziyəti keçən şəxslərə dərin təşəkkürümü bildirirəm.
Siz bu gün yetərincə nailiyyət qazanmış idmançısız və eyni zamanda Polis Akademiyasının Fiziki Hazırlıq Kafedrasının müəllimisiz. Az bir vaxtda məşqiçisi olduğunuz idmançı kursantlar artıq ikinci dəfədi ki, yüksək mükafatlar qazanıb yarışda üstünlük təşkil edir. Yetişdirdiyiniz kursant idmançılar arasında Dünya və Avropa çempionlarını görürsüz?
-Bəli əlbbətdəki görürəm. İnşallah qarşıdan gələn çempionatlıqlarda iştirak edərək bir idmaçı olaraq dahada formaya düşəcəklər və ilin sonunda 2019-cı ilin noyabr ayında Dünya çempionatında il ərzində respubilka daxilindəki yarışlarda daha fəal iştirak edib nəticə əldə edən kursantlar iştirak edəcək.
Bizdə Vetenperverler.Az sayıtı olaraq başda Polis Akademiyasının rəisi General-mayor Nazim Əliyevi, bütün müəllim heyətini, kursant idmançılarını ürəkdən təbrik edirik. Onların hər birinə Dünya, Avropa, Olimpia arenalarında qürurvürici bayrağımızı dalğalandırıb, himnimizi səsləndirməyi arzulayırıq.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

Polis Akademiyası kursantlarının yeni uğurları
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:6-05-2019, 22:40
Oxunub:148


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti