yüklənir...
yüklənir...

“Qarabağ” yeddinci dəfə Azərbaycan çempionu oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün qalibi müəyyənləşib.
Vetenperverler.Az xəbər verir ki, “Qarabağ” ümumilikdə 7-ci, ardıcıl isə 5-ci çempionluğunu qazanıb. Komanda öz meydanında “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 21-ci dəqiqədə Miçel Madeyra açıb. Oyunun 42 və 69-cu dəqiqələrində Mahir Mədətov dubl edib.

Bu qələbədən sonra xallarının sayını 63-ə çatdıran “Qarabağ” çempionatın başa çatmasına 1 tur qalmış ən yaxın izləyicisi “Neftçi” ni xeyli üstələyib. “Neftçi” səfərdə “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etməklə gümüş medallara sahib çıxıb.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:5-05-2019, 21:01
Oxunub:162


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti