yüklənir...
yüklənir...

Daha bir paralimpiyaçımız Dünya Kuboku qazandı

Azərbaycanın pauerliftinq idman növü üzrə paralimpiya milli komandasının üzvü Şamo Aslanov Macarıstanın Eqer şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Vetenperverler.Az xəbər verir ki, verilən xəbərə görə, +107 kiloqram çəki dərəcəsində yarışan idmançımız 215 kiloqram çəkini qaldıraraq fəxri kürsünün birinci pilləsinə yiyələnib.

Eyni çəki dərəcəsində ikinci yeri 215 kiloqramlıq çəki ilə Səudiyyə Ərəbistanından olan idmançı Əl-Nacim Xalid qazanıb. Onun bədən çəkisi Şamo Aslanovun bədən çəkisindən yüksək olduğuna görə, birinci yerə həmyerlimiz layiq görülüb.

Xatırladaq ki, bir neçə gün öncə eyni yarışda Pərvin Məmmədov qızıl medala layiq görülmüşdü. Ötən gün isə idmançımız Elşən Hüseynov qızıl, Nurlan Babacanov isə bürünc medala yiyələnib.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:29-04-2019, 18:33
Oxunub:150


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti