yüklənir...
yüklənir...

21-ci karate açıq çempionatın açılış mərasimi keçirildi

28.04.2019-cı il tarixində Sumqayıt şəhər Paralimpia İdman kompleksində Sumqayıt şəhərinin yaranmasının 70-illiyinə həsr olunmuş 21-ci açıq çempionatı keçirildi.
Vetenperverler.Az xəbər verir ki, çempionat Azərbaycan Dövlət himninin səslənməsi ilə açıldıqdan sonra söz yarışın fəxri qonaqlarına Azərbaycan Milli Karete Fedarasiyasının prezidenti Yaşar Bəşirova və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətova verildi. Yaşar Bəşirov Azərbaycan Milli Karete Fedarasiyasının yaranmasının 25 illiynə həsr olunmuş medalı Elgün Hümbətova təqdim etdi.
Azərbaycan Milli Karete Fedarasiyasının prezidenti Yaşar Bəşirov "Vetenperverler.az" saytının əməkdaşına açıq çempionat barəsində bunları bildirdi:
-Bu gün Sumqayıt şəhərində keçirilən 21-ci açıq çempionatı nəylə fərqlənir ? Onunla fərqlənir ki, bu çempionat Sumqayıtın 70 illiyinə həsr olunub. Məhz Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş bu yarış həmişə olduğu kimi yüksək səviyyədə keçirilir. Yarışın bütün təşkilatçılarına eləcədə Sumqayıt təmsilçimiz Akif müəllimə öz dərin təşəkkürümü bildirirəm. Sağ olsun Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi, Sumqayıt idmanına xüsusi diqqət ayırır və Elgün müəllim bizimlə bərabər bu çempionatda iştirak edir. Biz Ümumdünya Karate Federasisiyasının təmsilçisiyik və bu gündə Sumqayıtı təmsil edirik. Burdada baxarım ki, çavan kadrlar var və çox sevinirəm ki, doğurdanda işini bilən idmançı məşqıçılər və hakimlər karate idman növünün təbliğində və idamançı yetişdirməsində uğurla çalışır. Sumqayıt şəhəri idmançıları dünya səviyyəli idmançılardı. Bir Rafael Ağayevi qeyd etsək məncə bəs edər, Rafael bu gün dünyanın bir nömrəli idmançısıdır bu Sumqayıtlılar üçün böyük fəxrdir. Biz II Avropa oyunlarına artıq yeddi lisenziya qazanmışıq və inanıram ki, I Avropa yarışlarında qazandığımız qızıl medalların davamı olacaq. 21-ci açıq çempionatda iştirak edən uşaqlar isdərdim ki, gələcəkdə Avropa , Dünya, Olimpia çempionlarında Azərbaycanı layıqinçə təmsil etsinlər. Bu gün bizim Federasiyaya böyük dəstək var, həm rəhbərlik tərəfindən, həm ölkə rəhbəri İlham Əliyev tərəfindən. Ona görədə idmançılarımız Dünya arenalarında Respublikamızı yüksək səviyyədə təmsil etməli məşqıçı müəllimlərimiz çempionlar yetişdirməlidirlər ki, Vətənə qızıl medallarala dönsünlər. Daima himnimizi oxudurub, bayrağımızı dalğalandırsınlar.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov öz müsahibəsində dedi:
-Bu günki yarış Sumqayıtın 70 illiyinə həsr olunub. Belə yarışların keçirilməsi böyüməkdə olan idmançılara stimul verir və hətda deyərdim ki, onların hər birini gələcəyin çempionu olmağa ruhlandırır. Onlar özlərini bu gün Rafael Ağayevə, Firdovsi Fərzəliyevə oxşatmağa çalışırılar. Sumqayıt böyük karate məktəbidir. Sumqayıt idmançıları Respublikada həmişə ön sıralarda olublar, bu da ondan xəbər verir ki, Sumqayıt şəhərində möhtərəm prezidentimiz, idmançıların dostu İlham Əliyev tərəfəindən hər şəraiti olan idman kompleksləri tikilmiş, idmançılara xüsusi şərait yaradılmışdır. Bu günki yarışda bizləri dəstəkləməyə gələn Azərbaycan Milli Karete Fedarasiyasının prezidenti Yaşar Bəşirovada xüsusi minnətdarlığımı bildirirəm. Yaşar müəllim həmişə karateçilərə diqqət və qayğısını əsirgəməyib.
Katedlər və yeniyetmələr arasında keçirilən 21-ci açıq çempionda 15 idman klubu, 200-ə yaxın idmançı (onlardan 30 nəfəri qız idmançılardı), 20 çəki dərəcəsi, 7 yaş qrupunda 18+ olan idmançılar qatılmışdılar. Yarışın baş hakimi Bəşir Mahmudov idi.
Sonda məşqici müəllimlər, hakimlər Fəxri Fərmanla təltif olundular. I-II-III yerləri tutan idmançılar Diplomla və medala mükafatlandırıldı.
Bizdə “Vetenperverler.Az”sayıtı olaraq karateçilərimizə uğurlar və qalibiyyətlər arzulayıram.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”
21-ci karate açıq çempionatın açılış mərasimi keçirildi
21-ci karate açıq çempionatın açılış mərasimi keçirildi
21-ci karate açıq çempionatın açılış mərasimi keçirildi
21-ci karate açıq çempionatın açılış mərasimi keçirildi
21-ci karate açıq çempionatın açılış mərasimi keçirildi
21-ci karate açıq çempionatın açılış mərasimi keçirildi
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:29-04-2019, 03:33
Oxunub:221


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti