yüklənir...
yüklənir...

Azərbaycanın qadın güləşçisi ilk dəfə Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub.

Vetenperverler.az-ın məlumatına görə, bu gün daha 5 çəki dərəcəsində medalçılar müəyyənləşib. Azərbaycan təmsilçiləri 1 qızıl və 2 bürünc medal uğrunda mübarizə aparıblar.

65 kq çəki dərəcəsində yer alan Elis Manolova finalda rumıniyalı Krista İnçe ilə üz-üzə gəlib. Görüşün gedişində Manolova 0:4 hesabı ilə geri düşsə də, əzmkarlıq göstərərək, qarşılaşmanı qələbə ilə başa vurub - 6:4. Bununla da Manolova Azərbaycanın qadın güləşində ilk qızıl medalına sahib olub.

Beləliklə, Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını 1 qızıl, 3 bürünc medalla başa vurublar.


Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

57 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda dueldə Bolqarıstan təmsilçisi Nikolova Xristovaya şans verməyib.

Azərbaycanın digər qadın güləşçisi Tatyana Omelçenko (62 kq) "bürünc" üçün ukraynalı İlona Prokopevnyuku sınağa çəkəcək. Elis Manolova (65 kq) isə finalda Rumıniya idmançısı Krista İnçenin müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində ilk yarış günündə Elmira Qəmbərova (59 kq) bürünc medal qazanıb.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:13-04-2019, 00:59
Oxunub:127


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti