yüklənir...
yüklənir...

Azərbaycan güləşçisi rəqibi görüşə çıxmadığı üçün Avropa çempionu olub

Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Vetenperverler.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən bildirir ki, buna səbəb 79 kq çəki dərəcəsindəki təcrübəli pəhləvanın finalda güləşəcəyi rəqibi Rusiya təmsilçisi Ahmed Hacımaqomedovun zədəli olmasıdır. Həkimlər 29 yaşlı idmançının yarımfinalda aldığı zədə üzündən həlledici görüşə çıxmasına icazə verməyiblər.
Daha əvvəl Həsənov 2010 və 2011-ci illərdə də Avropa çempionu olub.

Qeyd edək ki, bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi final oyununa çıxacaq. Hacı Əliyev (65 kq) və Ağahüseyn Mustafayev (70 kq) müvafiq olaraq, türkiyəli Selahəttin Kılıcsallayan və Mustafa Kaya ilə üz-üzə gələcək. 57 kq çəki dərəcəsindəki Mahir Əmiraslanov bürünc medal görüşündə fransalı Zuheyir Əl Orajı, 97 kq-dakı Nurməhəmməd Hacıyev isə Makedoniya təmsilçisi Məhəmmədhacı Nurovu sınağa çəkəcək
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:10-04-2019, 02:22
Oxunub:76


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti