yüklənir...
yüklənir...

“Arpaçay” karate idman klubunun yeni uğurları

Karateçilər Beynəlxalq turnirdə 3 medal qazandılar.
Ukrayna Respublikasının Çernomorsk şəhərində katedlər və yeniyetmə karateçilər arasında Beynəlxalq turnir keçirildi.
Vetenperverler.az xəbər verir ki, 4 ölkədən 360 idmançının mübarizə apardığı “Katana Cup 2019” Beynəlxalq turnirdə “Arpaçay” karate idman klubunun 10 nəfərdən ibarət idmançısı iştirak etdilər.

Karateçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Amil Abbaslı-9 yaş (33 kq), Elməddin Səlimli-8 yaş (27 kq) və Fatimə Vəliyeva-12 yaş (37 kq)
Elməddin Səlimli kata, Fatimə Vəliyeva kumite üzrə bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Amil Abbaslı-9 yaş (33 kq) bürünc medala sahib olub.

Bizdə “Vetenperverler.Az” xəbər portalı olaraq idmançılarımızı və onların məşqiçi müəllimlərini: Elnurə xanımı Ağayevanı və Vüqar Kərimovu təbrik edirik! Əziz idmançılar sizə bol-bol uğurlar, qalibiyyətlər arzulayırıq. Həmişə Dünya, Avropa, Olimpia arenalarında Azərbaycanın qürurverici üç rəngli bayrağını dalğalandırıb, himnimizi səsləndirəsiniz..

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

“Arpaçay” karate idman klubunun yeni uğurları
“Arpaçay” karate idman klubunun yeni uğurları
“Arpaçay” karate idman klubunun yeni uğurları
“Arpaçay” karate idman klubunun yeni uğurları
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:9-04-2019, 23:52
Oxunub:88


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti