yüklənir...
yüklənir...

"QARABAĞ OPEN " turnirində “Ağ canavar”idman klubunun uğurları

"Ag canavar” idman klubu 12 medal qazandı
Vetenperverler.Az xəbər verir ki,30.03.2019-cı il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində Azərbaycan Kikboksinq Federasiyasının və Ağdam Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə Aprel Şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə "QARABAĞ OPEN " turniri keçirilib.
Kadetlər, Yeniyetmələr, Gənclər və Kişilər arasında keçirilən bu turnirə "Ağ canavar" idman klubu 14 idmançı ilə qatılmışdı. Klubun idmançıları bu yarışda 7 qızıl, 2 gümüş, və 3 bürünc medal qazandılar.
Vetenperverler.Az sayıtı olaraq başda “Ağ canavar” kikboksinq idman klubunun rəhbəri Azərbaycan Respublikasının Əməkdar İdman ustası, kikboksinq üzrə 23 qat Dünya çempionu “Ağ canavar” ləqəbli Eduard Məmmədovu, klubun məşqiçilərini və qalıb idmançıların hər birini təbrik edirik və onlara bol-bol ugurlar, qalibiyyət arzu edirik!

Yegane Telmanqızı
"Vetenperverler.Az"


скачать dle 10.6фильмы бесплатно
>

Tarix:31-03-2019, 23:25
Oxunub:215


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti