yüklənir...
yüklənir...

Dmanisi Golden Glove kikboksinq idman klubunun nəticələri

Beynəlxalq turnirdə “Dmanisi Golden Glove” kikboksinq idman klubu 8 medal qazandı.
Vetenperverler.az xəbər verir ki, Gürcustanın Tblisi şəhərində 9 mart 2019-ci il tarixində ümumi yaş qrupları üzrə keçirilən Beynəlxalq turnirdə “Dmanisi Golden Glove” kikboksinq idman klubu 8 idmancıyla bu yarışa qatıldı. Beləki bu klubun idmançıları Beynəlxalq turnirdə 6 qızıl, 2 gümüş medal qazandı.
26 kg çəki dərəcəsində 12 yaş Murad Rüstəmov, 26 kg çəki dərəcəsində (13 yaş) Kənan Quluyev, 20 kg çəki dərəcəsində (8 yaş), Elnur Əsgərov, 30 kg çəki dərəcəsində (14 yaş), Sərxan Əsgərov, 42 kg çəki dərəcəsində (15 yaş) Səhman Xudaverdiyev, 48 kg çəki dərəcəsində (15 yaş) Mirzə Yusibov- qızıl medala layiq görülmüşdülər. 42 kg çəki dərəcəsində (14 yaş) Elnar Qurbanov, 57 kg çəki dərəcəsində (15 yaş), İkram Əliyev-gümüş medala layiq görülmüşdür.
Komanda medal sayına görə birinci oldu.
Bu idaman klubu bu gün çətin bir şəraitdə olan idman zalında məşq edir lakin, nailiyyətləri göz qabağındadır. Bu gün bu klubun nəticələri kifayət qədərdi, kikboksinq idman klubunun bütün bu nailiyyətləri həmyerlimiz məşqiçi müəllim Tuccar Əliyevin zəhmətidir. Dəyərli oxucular bizi izləyin tezliklə bu klubun idmançıları və onların nailiyyətləri, uğurları haqqında sizlərə geniş məlumat verəcəm.
“Dmanisi Golden Glove” kikboksinq idman klubunun məşqiçisi Tuccar Əliyevi və qalıb idmançıların hər birini təbrik edirik və onlara bol-bol ugurlar, qalibiyyət arzu edirik!

Yegane Telmanqızı
"Vetenperverler.Az"




скачать dle 10.6фильмы бесплатно
>

Tarix:15-03-2019, 23:22
Oxunub:156


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti