yüklənir...
yüklənir...

Emin müəllimin Canavarları!

Emin Baydullayev- Azərbaycan Respublikasının ən gənc “Əmakdar məşqıçısı” fəxri adı almış məşqıçı müəllim.
Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Ciqaro Kano qoyub. Yaponca CÜ-elastik, yumşaq, DO isə yol, prinsip deməkdir. 1964-cü ildə Tokioda keçirilən XVIII Yay Olimpiya Oyunlarında cüdo ilk dəfə olimpiya oyunları proqramına daxil edilmişdir.
Əziz oxucu yeniyetmələrin və böyüməkdə olan nəslin asudə vaxtlarının neçə keçirilməsi lahiyəsi ilə mütamadə olaraq idman klublarının və idman zallarının qonağı oluram. Bu gündə yaşadığım Sumqayıt şəhərində yerləşən 1 nömrəli uşaq və gənclər idman, şahmat məktəbinin cüdo zalının qonağı oldum.
Zalın məşqiçi müəllimlə tanış olaq: Emin Vidadi Oğlu Baydullayev 17 iyul 1984-cü ildə Ağdam rayonunda sadə, zəhmətkeş ailədə dünyaya gəlmişdir. Erməni təcavüzkarları Ağdam rayonunu işğal etdikdən sonra ailəsi ilə Sumqayıt şəhərinə köçür. Uşaq yaşlarından idmana böyük həvəs göstərən Emin daima idmanla məşğul olur. 2001-ci ildə Sumqayıt şəhər 4 saylı tam orta məktəbi bitirirdikdən sonra Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat fakultəsinə daxil olur və elə həmən ildə cüdo idman növü üzrə “Fərid” idman klubunda məşqiçi müəllim kimi çalışır. 2005-ci ildə təhsilini bitirib həqiqi hərbi xidmətə gedir. 2006-cı ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra Təhsil idman mərkəzinin Sumqayıt filialında məşqiçi müəllim kimi iş fəaliyyətinə başlayır. Bu gün Emin müəllimin kifayət qədər nəticəli idmançı şagirdləri var. Müsahibimlə söhbət zamanı onun bu idman növünə nə qədər vurğunluqunu, istəyini gördüm. Ən əsasıda Emin müəllim işini sevən və işindən zövq alan peşəkar bir müəllimdir. Onun yetişdirdiyi tələbələrdən Vüqar Şirinli 2007-ci ildə Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 49 dövlətin iştirak etdiyi IX Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında qızıl medal, 2016-cı ildə Perunun paytaxtı Limada cüdo üzrə Panamerikanın açıq çempionatında rəqiblərindən güclü olub qızıl medala sahib olub. 2015-2017-ci illərdə Avropa və Dünya kubokunun, Qran-piirinin dəfələrlə qalibi və mükafatçısıdır. Vüqar Şirinli həmçinin dəfələrlə Respublika cempionu və Beynəlxalq turnirlərin qalibidir. Ceyhun Qatayev 2009-cə ildə yeniyetmələrin Macarıstanda keçirilən ilk dünya birinciliyində gümüş mükafata, 2013- ci ildə İlkin Məmmədov və Elnur Abbaslı Avropa birinciliyində Avropa mükafatçılarıdır. Vüqar İsmayılov, Nəbi Bayramov, Əli Abbasov, Ziya Əliyev, Bayraməli Bayramov, Rəşid Abdullayev, İzzət Babayev dəfələrlə Azərbaycan birinciliyinin, Beynəlxalq yarışların qalibi və mükafatçıları olublar. Emin Baydullayev 2012-ci ildə 5 mart Azərbaycan Respublikanın əməkdar məşqıçısi fəxri adını alıb. Xatırladaq ki, Emin müəllim Respublikada bu adı alan ən gənc məşqiçi müəllimi olub. 2011-2014- ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Tək mübarizəlik” fakültəsində təhsil alıb.
Hal-hazırda Sumqayıt şəhər 1 nömrəli uşaq və gənclər idman, şahmat məktəbində baş məşqıçı vəzifəsində çalışır. Ailəlidir 2 övladı var.
Emin müəllim bizimlə həmsöhbət oldu:
–Yeganə xanım çox sağ olun ki, bu gün bizim idman zalımızın qonağısınız. Əlbətddə, hər bir müəllimin əsas isdəyi budur ki, yetişdirdiyi tələbələr arasında Dünya, Olimpiya, Avropa çempionları olsun. Bu çempionlar məşqıçı müəllimlərin uğurudur. Hər bir çempionu yetişdirən məşqıçı müəllim var və məndə illərimi idman sahəsində qoymuşam və bu sahənin vurğunuyam. Uğurlarımız, nəticələrim kifayət qədərdi bu da mənim və məşqıçı müəllim yoldaşlarımın, dmançı şagirdlərimizin əziyyəti, zəhməti bahasınadır. Bu gün qonaq olduğunuz bu zalda 90-a yaxın məşq edən idmançı şagirdlərimizin yetərincə uğurları var və gələcəyədə inamımız böyükdür. Məşqıçısı olduğum Vüqar Şirinli Respublikada və Avropada tanınmış idmançılardandı. Bir neçə dəfədə idmançıların dostu, dövlət başçımız İlham Əliyevlə görüşüb, gələn il keçirilən Olimpiadada nəyinki bizim xalqımızın Vüqara inamı çoxdur. İdman sağlam ruh, sağıam həyat tərzidir. Hər kəs idmanla məşğul olsun. Qonağı olduğum zalda biri-birindən maraqlı divar guşələri asılmışdır: Ən yaxşı idmançılar, Dünya və Avropa çempionlarının qalib və mükafatçıları, Olimpia güşəsi (özundə Sumqayıtın və Respublikanın uğurlu cüdocuları əks olunan lövhələr), Cüdonun fəndləri.
Zalin digər məşqıçısı Azərbaycan Respublikasının Əməkdar məşqıçı Ceyhun Əliyev öz müsahibəsində dedi:
-20 ildi cüdo idman növündə məşqıçı müəlliməm. İdmançı şagirdlərimdən ilk uğuru olan Fəqan Emin oğlu Azərbaycan Respublikasının idman ustasıdır. 2006-cı ildə Beynəlxalq turnirdə qızıl medala layiq görülmüşdür. 2009-cı ildə Yerevanda keçirilən Avropa birinciliyinin Ares Xerreronu (İspaniya) məğlub edərək bürünc medala sahib olmuşdur. Mehman Sadıqov 2010-cı ildə Cex Respublikasında yeniyetmələr arasında çempion olmuşdur, gənclər arasında keçirilən yarışin 3-cüsü, Dünya təklər arasında dünya 3-cüsüdür. İsmayıl İbrahimov 2014-ci ildə Avropa 3-cüsü, Gürcüstanda Olimpia festivalının bürünc mükafatçısıdır. 16 yaşlı idmançımız Səbinə Əliyeva 9 ildi cüdo idman növü ilə məşğul olur. Hal-hazırda yığma komanda da məşq edir.Avropa kubokunun 3-cüsü, Afrika kubokunun 1-cisi və 2-cisidir. Mərakeşdə keçirilən çempionatin 1-cisi, Afrikanın Tunis dövlətində gümüş mükafata layiq görülüb. 5 dəfə Respublika çempionu olub. Aprel ayında Cex Respublikasında yeniyetmələr arasında keçirilən Avropa kubokunda, qarşıdan gələn Azərbaycanda keçirilən Olimpia festivalında yarışacaq. Bu gün yetişdirdiyim idmançılarla fəxr edirəm. Bütün idmançılarımıza uğurlar arzulayıram!
Emin müəllim bizdə “Vetenperverler.Az” sayıtı olaraq sizə qalibiyyət arzulayırıq. Həmişə yetişdirdiyiniz tələbələrin qələbə soraqları Dünya, Avropa, Olimpi arenalarından gəlsin. Azərbaycanın 3 rəngli bayrağını uca zirvələrə qaldırsınlar, himnimizi səsləndirsinlər. Sizə şərəfli və sevdiyiniz peşədə uğular arzulayırıq.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

Emin müəllimin Canavarları!
Emin müəllimin Canavarları!
Emin müəllimin Canavarları!
Emin müəllimin Canavarları!
Emin müəllimin Canavarları!
Emin müəllimin Canavarları!
Emin müəllimin Canavarları!
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:14-03-2019, 01:03
Oxunub:184


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti