yüklənir...
yüklənir...

Taekvondo millimiz Hollandiya çempionatında səkkiz medal qazanıb

Taekvondo üzrə böyüklərdən ibarət milli yığma komandamız Hollandiyanın Eyndhoven şəhərində təşkil olunan ənənəvi "Dutch Open" turnirində səkkiz medala sahib olub.

Vetenperverler.az xəbər verir ki, sayca 46-cı olan G1 kateqoriyalı turnirdə mübarizəyə qoşulan Cavad Ağayev (-63 kq) və Fəridə Əzizova (-67 kq) bütün rəqiblərinə qalib gələrək yarışı qızıl medalla başa vurub.

Dağıstanlı legionerlərimiz – Həşim Məhəmmədov (-58 kq) və Radik İsayev (+87 kq) isə finalda məğlub olaraq gümüş medalla kifayətlənib.
Beləliklə, Hollandiya açıq çempionatından iki qızıl, iki gümüş və dörd bürünc medal qazanan millimiz Eyndhovendən birbaşa Belçikaya yollanacaq. Komandamız 16 mart tarixində Belçikanın Lomel şəhərində keçiriləcək "Belgian Open" turnirində də qüvvəsini sınayacaq.


скачать dle 10.6фильмы бесплатно
>

Tarix:10-03-2019, 23:06
Oxunub:27


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti