yüklənir...
yüklənir...

Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun xatirəsinə həsr olunmuş Cüdo üzrə açıq turnir keçirildi

Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş turnir.
17 fevral 2019-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Xəzər rayon İcra Hakimiyyəti , Xəzər rayon Gənclər və İdman idarəsi, Azərbaycan Məktəb İdman Federasiyaları, Azərbaycan Cüdo Federasiyası ilə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin gənclər arasında tanıdılması, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə “Azərbaycanın Milli Qəhrəmanı” Sərdar Səfərovun xatirəsinə həsr olunmuş 2005-2006-cı il təvəllüdlü məktəblilər arasında “Şağan” Olimpia İdman Kompleksində Cüdo üzrə açıq turnir keçirilmişdir.
Turnirin açılış mərasimində Xəzər rayon İcra Hakimiyyəti Başçısı Elşən Salahov, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev və digər qonaqlar yarış iştirakçılarını salamladılar. Turnirdə I, II, və III yerləri tutmuş idmançıları diplom və medallarla mükafatlandırıldılar. Yarış Bakı şəhəri üzrə idman klubları arasında keçirilir. Turnirdə 250 idmançı çıxış edir. Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev "Vetenperverler.az" saytının əməkdaşına yarış barəsində öz fikirlərini bildirdi:
Bu günki yarışda qalib olan idmançılarımız və gənclərimiz Bakı şəhər mərhələsində çıxış edəcəklər sonra Respublika yarıında çıxış edəcəklər. Bakı şəhər mərhələsi mart ayında olacaq, Respublika mərhələsi isə aprel ayında gözlənilir. Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun xatirəsinə həsr olunmuş yarışdı. Biz mütamadə olaraq şəhidlərin və Milli qəhrəmanların xatirəsinə həsr olunmuş həm idman yarışları, həm gənclərimizlə bağlı olan tədbirlər keçiririk. Qarşıdan Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Kamran Şirəliyevin xatirəsinə həsr olunmuş yarış Kikboksinq üzrə Xəzər rayonu turnir keçiriləcəkdir. Bu günki yarışın nəticələri yaxşıdı. 2005-2006-cı təvəllüdlü idmançılar arasında olan yarışdı, yəni bir təvəllüdlü olan idmançılardı. Bu da orta və yaxşı göstərici deməkdir. Yeganə xanım sizə Xəzər rayon Gənclər və İdman idarəsi adından öz təşəkkürümü bildirirəm. Bizdə “Vetenperverler.Az” sayıtı olaraq bütün idmançılara uğurlar arzulayırıq.
Yegane Telmanqızı
"Vetenperverler.Az"

 Azərbaycanın  Milli Qəhrəmanı  Sərdar Səfərovun xatirəsinə həsr olunmuş Cüdo üzrə açıq turnir keçirildi
 Azərbaycanın  Milli Qəhrəmanı  Sərdar Səfərovun xatirəsinə həsr olunmuş Cüdo üzrə açıq turnir keçirildi
 Azərbaycanın  Milli Qəhrəmanı  Sərdar Səfərovun xatirəsinə həsr olunmuş Cüdo üzrə açıq turnir keçirildi
 Azərbaycanın  Milli Qəhrəmanı  Sərdar Səfərovun xatirəsinə həsr olunmuş Cüdo üzrə açıq turnir keçirildi
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:18-02-2019, 04:58
Oxunub:229


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti