yüklənir...
yüklənir...

Alpaqut Turan döyüş sənəti üzrə açıq Şəmkir turniri başladı

Yarış Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda vermiş şəhidlərin xatirəsinə həsr edilib.

Yarışa Şəmkir Olimpiya İdman Kompleksində start verildi. Yarışda, Azərbaycanın müxtəlif bölgələrindən ümumilikdə 19 komanda olmaqla 241 idmançı uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında öz güclərini sınayacaqlar.
Yarış hər zaman olduğu kimi, Alpaqut Turan döyüş sənətinin Aypara, Batur, Caymaz, Qurşaq sistemləri üzrə keçiriləcək. Hər dörd sistem üzrə 1-ci, 2-ci, 3-cü yerləri tutan komandalar kuboklar ilə mükafatlandırılacaqlar.
İdmançılar isə fərdi olaraq diplom və medallarla təltif olunacaqlar.
Qeyd edək k, bütün mükafatlar Şəmkir rayon Gənclər və İdman İdarəsi tərəfindən təmin olunur.
Yarışın rəsmi açılış mərasimi bu gün saat 14:00 da başlayacaq.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:9-02-2019, 11:59
Oxunub:16


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti