yüklənir...
yüklənir...

Alpaqut Turan döyüş sənəti üzrə sabah Şəmkirdə yarış keçiriləcək

Rafiq Qasımov: "Sabahkı yarış, qarşıdakı Azərbaycan çempinatına qüvvələrin sinanması baxımından önəmlidir."

Xəbər verdiyimiz kimi, sabah Şəmkir Olimpiya İdman Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə açıq Şəmkir turniri keçiriləcək. Artiq, yarışda neçə komanda və neçə idmançının iştirakı dəqiqləşib. Bu barədə Azərbaycan Alpaqut Federasiyasının regional inkışaf üzrə vitse prezidenti, sabahkı yarışın Mandat Komissiyasının sədri Rafiq Qasımov məlumat verdi:
"9 fevral 2019-cu il tarixində keçiriləcək Şəmkir Rayon açıq turnirində Azərbaycanın müxtəlif rayonlarından ümumilikdə 19 komanda üzrə 241 idmançı, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında öz güclərini sınayacaqlar.
Yarış hər zaman Olduğu kimi Alpaqut Turan Döyüş Sənətinin Aypara, Batur, Cayma, Qurşaq sistemləri üzrə keçiriləcək. Hər dörd sistem üzrə 1-ci, 2-ci, 3-cü yer tutan komandalar kuboklar ilə mükafatlandırılacaqlar.
İdmançılar isə fərdi olaraq diplom medallarla təltif olunacaqlar.
Qeyd etmək istəyirəm k, bütün mükafatlar Şəmkir rayon Gənclər və İdman İdarəsi tərəfindən təmin olunacaq."

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:8-02-2019, 20:16
Oxunub:114


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti