yüklənir...
yüklənir...

Azərbaycan qış idman növlərində ilk dəfə qızıl medal qazandı

İdmançılarımız ilk dəfə qatıldıqları yarışda qızıl medal qazanıblar.
Vetenperverler.Az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan paralimpiya hərəkatının tarixində ilk dəfə olaraq paralimpiyaçılarımız qış idman növü üzrə beynəlxalq yarışa qatılıblar.
Dağ xizəyi üzrə İranın paytaxtı Tehranda keçirilmiş Asiya çempionatında iştirak edən idmançımız Gülnar Rəhimova dağ xizəyi üzrə yarışlarda iştirak edib. İdmançımız çempionatın ilk günündə Giant Slalom (Nəhəng Slalom) yarışlarında ən yaxşı nəticəni göstərərək birinci yerə layiq görülüb.

Çempionatın ikinci günündə isə Gülnar Rəhimova Slalom üzrə yarışlarda ən yaxşı nəticəni göstərib. Hər iki yarışın nəticəsinə görə, Gülnar Rəhimova iki qızıl medala layiq görülüb.

Bu gün keçirilən mükafatlandırma mərasimində idmançımıza qızıl medal təqdim olunub.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:4-02-2019, 22:26
Oxunub:23


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti