yüklənir...
yüklənir...

Azərbaycanda bu federasiyanın vitse-prezidenti HƏBS EDİLDİ

Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti Aydın Əhmədov həbs edilib.

VETENPERVERLER.AZ Unikal.org-un istinadən bildirir ki, federasiya rəsmisi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən 2 gün öncə saxlanılıb.

İddia olunur ki, onun həbs edilməsinə səbəb vətəndaşlardan dələduzluq yolu ilə 10 milyon manat mənimsəməsidir.

Xatırladaq ki, AKF-nin prezidenti, millət vəkili Adil Əliyev Aydın Əhmədovu ötən ilin aprel ayında quruma vitse-prezident təyin edib. Bundan əlavə A.Əhmədov AKF-nin tərkibində yer alan “Euro Fight” klubunun direktoru olmaqla yanaşı, “Premium Travel” şirkətinin rəhbəridir.

Aydın Əhmədov Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:18-01-2019, 17:29
Oxunub:307


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti