yüklənir...
yüklənir...

Boks millimiz 2019-cu ilə Göygöldə başladı

Kişi boksçulardan ibarət Azərbaycan millisi Yeni ilin ilk təlim-məşq toplanışına start verib.

VETENPERVERLER.AZ Oxu.Az istinadən xəbər verir ki, komandamızın baş məşqçisi Vaqif Şirinov hazırlığa 26 nəfər dəvət edib.

Bunlar ölkə çempionatının finalçıları, həmçinin, həlledici görüşdə döyüşməyən, lakin öz çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən boksçulardır. Göygöldə təşkil olunan təlim-məşq toplanışı 21 gün davam edəcək və yanvarın 27-də başa çatacaq.
Məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək. Toplanış fevralda Rusiyada keçiriləcək yoldaşlıq görüşlərinə və Bolqarıstanda baş tutacaq beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, millimizin kubalı legioneri Lorenso Sotomayor Azərbaycan çempionatının yarımfinalında nokautla uduzub bürünc medalla kifayətlənsə də, o da yığmaya cəlb olunanlar arasındadır.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:8-01-2019, 13:37
Oxunub:23


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti