yüklənir...
yüklənir...

Azərbaycan Ordusu 101 yaşını qeyd edir

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür
Vetenperverler.Az xəbər verir ki, 1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.
1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib, Azərbaycan ordusunun 21 generallarından 15-i bolşeviklər tərəfindən güllələnib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib. Azərbaycan prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə ilk olaraq oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib. Lakin 22 may 1998-ci ildə prezident Heydər Əliyev fərman imzalayaraq 26 iyunu Silahlı Qüvvələr günü elan edib.
2017-ci ildə "Global Firepower" təşkilatının yekunlarına əsasən, Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu” reytinqində 58-ci yerdə qərarlaşıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 83 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopter (onlardan 17-si hücum helikopteridir), Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sərəncamında 13 patrul və sahil gəmiləri, 7 mina tralçısı, 4 submarinası, 1 freqat tipli gəmisi, Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 reaktiv yaylım atəşi sistemi var. Azərbaycan ordusunun sayı 374 500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər. 1991-ci il 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü kimi elan edilmişdir. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Qarabağ müharibəsi (1988-1994) illər zamanı Azərbaycan 388-395 ədəd artilleriya, 436-458 ədəd tank, 558-1264 ədəd zirehli personal daşıyıcı, 389-480 ədəd zirehli döyüş nəqliyyat vasitəsi, 63-170 ədəd döyüş təyyarəsi və 45-51 helikopter istifadə etmişdir. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq-Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş Aprel döyüşləri, Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Güülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Azərbaycan Quru Qoşunları Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsidir. Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür. zərbaycanın ilk hərbi pilotu Fərrux Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib. Azərbaycan Hərbi Hava Qüvvələri 14 fevral 1992-ci ildə Milli Ordunun ayrıca bölməsi kimi təsis olunub. 8000 nəfər personalın xidmət etdiyi HHQ-nin arsenalında MiQ-21, MiQ-29, Su-25 döyüş təyyarələri, İL-76 yük daşıyan təyyarəsi, Kamov Ka-27, Mil Mi-17, Mi-24 helikopterləri, Hermes 450, IAI Heron, IAI Searcher, Orbiter, Aerostar və Zərbə pilotsuz uçuş aparatları var.
1918-ci ildə yaradılan Azərbaycan Hərbi Dəniz Donanmasına "Qars", "Ərdəhan" qayıqları, "Astrabad", "Göytəpə" poçt gəmiləri, "Araz" hidroqrafik gəmisi və "Bayıl" liman daşıyıcı gəmisi daxil idi. Azərbaycan Respublikası Daxili Qoşunları Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsidir. 1995-ci il martın 9-da prezident Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün. Daxili Qoşunlarda əsasən Xüsusi təyinatlı və Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi fəaliyyət göstərir. Daxili Qoşunların Xüsusi Təyinatlılarının vahid adı Kommando-dur və hər bir hərbi hissənin ayrı xüsusi təyinatlı dəstəsi vardır. Azərbaycan Milli Qvardiyası Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1991-ci il tarixli 524 saylı fərmanı ilə yaradılmışdır. Milli Qvardiya Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibinə daxildir.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti — Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir.
Azərbaycan Respublikasının Konstitusiyasına və "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına uyğun olaraq Azərbaycan Respublikasının müdafiəsi və əsgəri xidmət Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudu.Azərbaycanda hərbi yaş 18-25, əsgərlik müddəti 18 ay (universitet məzunları üçün 12 ay).
Bu gün bizim güclü ordumuz var. Ali Baş Komandan İlham Əliyevin əmri ilə hərbiçələrimiz işğal altındakı torpaqlarımızı azad etməyə həmişə hazırdı. Güclü Milli Ordumuz bayramın mübarək!

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:26-06-2019, 01:01
Oxunub:43


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti