yüklənir...
yüklənir...

Hərbi məktəblərdə məzun günü keçirilib

Heydər Əliyev adına Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldı.
Vetenperverler.Az xəbər verir ki, bu münasibətlə ali hərbi məktəbdə buraxılış mərasimi keçirilib. Hərbi təhsillərini başa vuran müdavimlərə diplomları təqdim edilib. Mərasimdə məzunların yaxınları ilə yanaşı, ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Vətən üçün canlarından keçməyə and içdilər. Heydər Əliyev adına Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldı.

4 il davam edən hərb təhsilinin sonunda zabit kimi məzun oldular. Müdavimlər leytenant rütbəsi ilə ali hərbi məktəbə əlvida dedilər.

Təntənəli mərasimdə çıxış edən Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi Nizam Osmanov əlamətdar gün və Silahlı Qüvvələrinin yaradılmasının 101 illiyi münasibətilə gənc zabitləri, onların valideynlərini təbrik etdi. Daha sonra Nizam Osmanov son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq, Azərbaycan ordusununistənilən döyüş əmrini yerinə yetirməyə tam hazır olduğunu dedi.

Sonra hərbi məktəbin tədris və intizamda fərqlənən məzunlarına diplom və hədiyyələr təqdim edildi. Məktəb birinciləri adlarını uğur kötüyünə həkk etdilər. Daha sonra isə ali hərbi məktəbin döyüş bayrağının təhvili və qəbulu oldu.

Nümunəvi orkestrin və məzunların ifasında məktəbin marşı ifa edildi. Müdavimlər üçrəngli Azərbaycan bayrağı ilə sonuncu dəfə hərbi marşın sədaları altında məktəb tribunasnın önündən təntənəli keçid etdilər.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:23-06-2019, 02:31
Oxunub:50


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti