yüklənir...
yüklənir...

“Dünyada Azərbaycan silahına maraq ildən-ilə artır”

Məlum olduğu kimi, Belarusda keçirilən silah sərgisində Azərbaycanda istehsal edilən silah-sursatlar da təqdim edilib, ölkəmizin hərbi istehsal sahəsindəki potensialı nümayiş olunub.
Bəs ölkəmizin bu cür sərgilərdə iştirakı milli maraqlarımız baxımından nə dərəcədə faydalıdır?
Vetenperverler.Az xəbər verir ki, hərbi ekspert Şair Ramaldanovun sözlərinə görə bu kimi sərgilərdə iştirakın bir sıra aspektdən önəmlidir, beləki: “Hər bir sərgi Azərbaycan üçün əhəmiyyətlidir. Azərbaycanın sərgilərdə öz pavilyonları mövcuddur. Sevinbdirici haldır ki, bu pavilyonlar getdikcə genişlənir. Azərbaycanın bu sərgilərdə təqdim etdiyi məhsulların sayı ildən-ilə artır. Azərbaycan silahlarının sayı ilə yanaşı onun keyfiyyətini də yüksəldir. Bu gün Azərbaycanın istehsal etdiyi silahlar yeni nəsil silahlardır. Silah istehsalı ilə məşğul olan müəssisələrimiz ən yeni, müasir cihazlarla təchiz edilib. Hansı ki, bu cihazlar yüksək keyfiyyətli silah, texnika istehsalına imkan verir.
Azərbaycan silahına olan maraq sərgidən-sərgiyə, ildən-ilə artır. Azərbaycan silah-sursat istehsalını hər il 10-15% artırır. Baxmayaraq ki, bizim hərbi sənayemiz olduqca gəncdir. Buna baxmayaraq, beynəlxalq silah bazarında özünəməxsus yer tutub. “Azərsilah” ASC yaxın illərdə gəlirli müəssisəyə çevriləcək.
Azərbaycanın bu cür sərgilərdə iştirakı həm də onun nüfuzunun artması deməkdir. Çünki güclü silah istehsal edən Türkiyə, Rusiya, Belarus, İsrail, ABŞ kimi ölkələrlə bir yerdə sərgilərdə iştirak etmək hər şeydən öncə ölkəmizin iqtisadi potensialını göstərir. Bu, həm də ölkəmizin yüksək elmi potensialının təcəssümüdür. Odur ki, ölkəmizin bu cür sərgilərdə iştirakını yüksək qiymətləndirirəm”.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:16-05-2019, 00:31
Oxunub:28


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti