yüklənir...
yüklənir...

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin ixtisas hazırlığı kurslarının buraxılış mərasimi keçirilib

Yanvar ayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər Əlahiddə Ümumqoşun Orduda təşkil edilmiş ixtisas hazırlığı kurslarını uğurla bitiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, zabit, əsgər və valideynlər adından çıxış edənlər kurslarda fəallıq göstərərək yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənclərə xidmətlərində uğurlar arzulayıblar. Vurğulanıb ki, Azərbaycan Ordusunun sıraları yüksək döyüş hazırlığına malik oğullarla möhkəmlənir. Gənc Azərbaycan əsgəri üçüncü ildönümünü qeyd etdiyimiz Aprel döyüşlərində və Günnüt qələbəsi zamanı rəşadət göstərən igid oğullarımızın yolu ilə gedərək, bir an belə tərəddüd etmədən Vətən uğrunda qəhrəmanlıq göstərməyə hazırdır.

İxtisas hazırlığı kursunu başa vurmuş əsgərlər rabitə vasitələri ilə fəaliyyəti, fiziki hazırlıq üzrə silahsız və silahlı çalışmalar kompleksini, müxtəlif atıcı silahların gözübağlı vəziyyətdə natamam sökülüb yığılmasını, minaatan qurğuların döyüşə və səfər vəziyyətinə gətirilməsini, mina sahəsinin qurulmasını və keçidlərin açılmasını nümayiş etdiriblər.

Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim olunub. Nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Bölmələrin tribuna önündən təntənəli keçidindən sonra "Əsgər marşı” ifa edilib və ixtisas hazırlığı kurslarını uğurla bitirmiş əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:3-04-2019, 02:23
Oxunub:135


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti