yüklənir...
yüklənir...

"Azərbaycan Ordusunun 70 faizindən çoxu peşəkar hərbçilərdən ibarətdir" - Nazir müavini

Bu gun Azərbaycan dövləti ordu üçün lazım olan hər seyi edir.

Vetenperverler.az trend.az-a istinadən verdiyi məlumata görə, bunu müdafiə nazirinin müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib.
Nazir müavini bildirib ki, bu gün orduda maddi-texniki vəziyyətin möhkəmləndirilməsi ilə yanaşı, hərbi qulluqçulara tətbiq olunan müxtəlif müavinət ödənişləri və imtiyazların sosial paketi də genişlənir:

"Hərbi qulluqçuların, onların ailələrinin, həmçinin şəhid ailələrinin yaşayış, tibbi təminat və digər problemləri öz həllini tapır. Son 3-4 il ərzində hərbi şəhərciklərin və bazaların 80 faizdən çoxu yenidən qurulub və ya əsaslı təmir edilib, onlar müasir tələblərə cavab verir. Ordunun bütün infrastrukturunu tam əhatə etmək üçün bu işlər bu günə qədər sürətlə davam edir".

K.Vəliyev qeyd edib ki, Azərbaycan Ordusunun hərbi arsenalı da yenilənir, texnoloji baxımdan inkişaf edən ölkələrdən ən son hərbi texnika va silahlar alınır:

"Müasir silah və avadanlıqların olması mühüm göstəricidir. Lakin şəxsi heyətin bacarıq, peşəkarlıq və vətənpərvərliyi də vacibdir. Bu gün Azərbaycan Ordusunun 70 faizindən çoxu peşəkar hərbçilərdən ibarətdir. Biz diqqətimizi peşəkarlığa yönəltmişik. 2016-cı ilin aprel döyüşləri də, 2018-ci ilin may ayındakı Günnüt əməliyyatı da bizim haqlı olduğumuzu göstərdi".
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:27-03-2019, 14:02
Oxunub:127


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti