yüklənir...
yüklənir...

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasında keçirilən beynəlxalq “Qış təlimi - 2019” təlimində iştirak edirlər.

Vetenperverler.az Oxu.Az-a istinadən bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimin ssenarisinə əsasən hərbçilərimiz sərt iqlim və çətin relyef şəraitində keçirilən antiterror əməliyyatları zamanı döyüş, eləcə də dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkar edilərək təxliyəsi elementlərini məşq edirlər.

Türkiyənin Qars şəhərində keçirilən məşqlərlə yanaşı Kayseri şəhərində paraşütçü komandolarımız da ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:12-02-2019, 23:24
Oxunub:135


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti