yüklənir...
yüklənir...

 Daşkəsəndə yol qəzasında YAP rəsmisi və DSMF-nin yerli şöbəsinin müdiri ağır xəsarət alıb

Daşkəsəndə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun 1-ci kilometrliyində, Aşağı Daşkəsən qəsəbəsi ərazisində baş verib.
Belə ki, "Hundai sonata" markalı avtomobillə "Niva" markalı avtomobilın toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan sərnişinlər və sürücü xəsarət alıb. Qeyd edək ki, yaralılardan biri, Daşkəsən rayon sakini, DSMF-nin Daşkəsən rayon şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Cəfərli Firuddin Əli oğludur. Onun vəziyyətinin ağır olduğub bildirilir.
Hadisə zamanı xəsarət almış digər yaralı isə YAP-ın Daşkəsən rayon təşkilatının sədri Yolçuyev Meydanəli Binəli oğludur.
Qeyd edə k ki, yaralılardan ikisi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir isə Daşkəsən rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alanlardan biri koma vəziyyətindədir.
Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно

Tarix:19-06-2017, 00:47
Oxunub:326


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti