yüklənir...
yüklənir...

Kürdəmirdə “Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurub öldürüb

Kürdəmir rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.

VETENPERVERLER.AZ-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon Xırdapay kənd sakini, 1968-ci il təvəllüdlü Xəlilov Əhliman Aydın oğlu işıq dirəyində işləyərəkən onu elektrik cərəyanı vurub öldürüb.

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:10-12-2019, 10:36
Oxunub:65


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti