yüklənir...
yüklənir...

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib xəsarət alan var

Goranboyda minik avtomobili traktorla toqquşub.

VETENPERVERLER.AZ-ın Qarabağ üzrə bölgə müxbiri xəbər verir ki, hadisə Xanqərvənd kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobilin traktorla toqquşması nəticəsində minik maşınında olan sərnişin, 1969-cu il təvəllüdlü Məmmədova Həcər İbrahim qızı ağır bədən xəsarəti alıb. Yaralı ətrafdakıların köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun durumu orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


скачать dle 10.6фильмы бесплатно
>

Tarix:12-11-2019, 01:02
Oxunub:61


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti