yüklənir...
yüklənir...

Toydan qayıdarkən qəzada ölənlərin adları məlum oldu

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

VETENPERVERLER.AZ-ın bölgə müxbiri xəbər verir ki, qəza zamanı Balakən rayon Yeni Şərif kənd sakini 1960-cı il təvəllüdlü Zirnixova Əsiyyət Süleyman qızı, Qaysa kənd sakini 1960-cı il təvəllüdlü Qoqayeva Pirdas Şaban qızı, onun həmkəndlisi 1963-cü il təvəllüdlü Əsdiyev Hacıyev Şəhmir oğlu, 1962-ci il təvəllüdlü Kahayev Heybullah İsa oğlu və 1985-ci il təvəllüdlü Əhmədov Rəsul Heybullah oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Avtomobilin sürücüsü Balakən rayon Yeni Şərif kənd sakini 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və sərnişin 1968-ci il təvəllüdlü Papaxov Paşa Şəhmir oğlu hadisə yerində dünyasını dəyişiblər.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:3-11-2019, 10:06
Oxunub:27


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti