yüklənir...
yüklənir...

Mingəçevirdə ardı arda iki yol nəqliyyat hadisəsi baş verib

Bu gün axşam saatlarında Mingəçevirin Aydın Məmmədov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

VETENPERVERLER.AZ-in bölgə müxbirinin verdiyi məlumata görə görə, Vilayət Abbasovun idarə etdiyi “VAZ 2106” markalı maşın idarəetməni itirərərək arxadan dayanıqlı vəziyyətdə olan Seymur Abdullayevə məxsus “BMW” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Digər bir qəza isə şəhərin Samux küçəsində qeydə alınıb. Tələbələri daşıyan mikroavtobus Kamaz markalı yük maşını ilə toqquşub. Xoşbəxtlikdən qəza zamanı\ xəsarət alan olmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:11-10-2019, 09:15
Oxunub:55


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti