yüklənir...
yüklənir...

Qaxda avtomobil dərəyə yuvarlandı, sürücü sağ qaldı

Qaxda yol-qəza hadisəsi baş verib.

VETENPERVERLER.AZ-ın bölgə müxbirinin məlumatına görə, hadisə axşam saatlarında rayonun İlisu kəndi ərazisində qeydə alınıb.

Qax sakini 26 yaşlı Rafiq Məmmədov sükanı arxasında olduğu avtomobillə hərəkətdə olarkən, idarəetməni itirib və maşın təqribən 20 metr dərinliyindəki dərəyə yuvarlanıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, yaralıya alın nahiyyəsinin kəsilmiş və cırılmış yaraları diaqnozu qoyulub.

Fakt araşdırılır.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:30-08-2019, 21:57
Oxunub:51


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti