yüklənir...
yüklənir...

Qarabağ qazisi Vüqar Abbasovun oğlu dənizdə boğularaq dünyasını dəyişdi

Abşeron rayonunun Məmmədli kəndindən olan gənclərin dənizdə çimmək arzusu faciə ilə nəticələnib.
Vetenperverler.Az xəbər verir ki, dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfərdən 6-sı xilas edilib. İki nəfər isə boğulub.

Ancaq boğulduğu bildirilən gənclərdən biri 3 saylı şəhər klinik xəstəxanada oyanıb. Hələlik adı açıqlanmayan gəncin həkimlərin müdaxiləsi nəticəsində ölümdən döndüyü qeyd edilir.

2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasov isə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edilir ki, S.Abbasov Qarabağ qazisi Vüqar Abbasovun oğludur və o, evin tək oğlu olub. S.Abbasov bu il orta məktəbi bitirib.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-07-2019, 01:10
Oxunub:283


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti