yüklənir...
yüklənir...

Şəki Xan Sarayında xəsarət alan turist öldü

Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Bu barədə Vetenperverler.Az Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Xatirə Ağamalıyeva xəstəxanaya sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok diaqnozu ilə yerləşdirilmişdi.

Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.
Hadisə zamanı 19 nəfər xəsarət alıb.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:16-07-2019, 02:52
Oxunub:109


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti