yüklənir...
yüklənir...

Kürdə boğulan yeniyetmənin meyiti tapılıb

Salyan rayonunun Aşağı Noxudlu kəndində Kür çayında batdığı ehtimal olunan 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlunun axtarışları başa çatıb.
Vetenperverler.Az Trend-ə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, R.Sadıqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Salyan rayonu ərazisində iki nəfər Kür çayında çimərkən boğulub.
21.06.2019-cu il tarixində Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndindən keçən hissəsində batan şəxslərdən birinin, 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digərinin isə meyiti sonra tapılıb.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:22-06-2019, 16:08
Oxunub:128


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti