yüklənir...
yüklənir...

Tovuzda kütləvi zəhərlənmə: Bir ailənin 5 üzvü balıqdan zəhərlənib

Tovuzda bir ailənin 5 üzvü balıqdan zəhərlənib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 1985-ci il təvəllüdlü Rəşad Əliyev, 1986-cı il təvəllüdlü Məlahət Məmmədova və onların 3 övladı balıqdan zəhərlənib. Zəhərlənən uşaqlar - 2011-ci ili təvəllüdlü Rəvan Rəşad oğlu Əliyev, 2011-ci ili təvəllüdlü Həsən Rəşad oğlu Əliyev və 2017-ci il təvəllüdlü Mehriban Rəşad qızı Əliyevadır.

Onlara ilkin tibbi yardım göstərilib və hazırda vəziyyətlərinin yaxşı olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-05-2019, 23:43
Oxunub:69


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti