yüklənir...
yüklənir...

Xəzər dənizində gəmidə qəza olub- (Yenilənib)

Saipem-in ən son məlumatı.

Saipem şirkəti təəssüflə xəbər veriri ki, 8 may, 18:30 radələrində Saipem şirkəti tərəfindən əməliyyat işləri aparan "İsarfil Hüseynov" borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən bədbəxt hadisə nəticəsində yanğın hadisəsi olmuşdur. Yanğın zamanı 14 (on dörd) nəfər müxtəlif dərəcli yağın xəsarətləri almışlar və hal hazırda "Citadel" gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılIb. Yaralananlar dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdIrIlIb. Saipem şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaqdır.
Vurğulamaq istərdik ki, baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmamışdır və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur.
Vurğulamaq istərdik ki, baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmamışdır və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqların birində qəza baş verib.
Bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib. Onun sözlərinə görə, qəza zamanı xəsarət alan olmayıb.
"Gəmi ilə davamlı əlaqə saxlayırıq. Heyət üzvləri arasında xəsarət alan olmayıb. Gəmi hazırda "Saipem" şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə "Saipem" şirkətinin nümayəndələri çalışırlar".



скачать dle 10.6фильмы бесплатно
>

Tarix:9-05-2019, 08:43
Oxunub:97


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti