yüklənir...
yüklənir...

Yanan təyyarədə 10 sərnişin həlak oldu - YENİLƏNİB

“Şeremetovo” hava limanında yanan Sukhoi Superjet 100 (SSJ-100) markalı təyyarənin 10 sərnişini təxliyyə zamanı həlak olub. Bu baradə “Moskva şəhər xəbərləri” agentliyi məlumat yayıb.
TASS isə bir nəfərin ölməsi barədə məlumat verir.
“Şeremetovo” hava limanında yanan Sukhoi Superjet 100 (SSJ-100) təyyarəsi ildırım vurması səbəbi ilə yanıb. Yanğın təyyarənin mühərriklərindən birində başlayıb. TASS agentliyi belə yazır.
“İnterfaks” agentliyinin məlumatına görə, yanan təyyarə artıq söndürülüb. Yanğının səbəbinin elektrik naqilləri olması ehimalı da var.
Təyyarənin göyərtəsində 72 sərnişin, 6 ekipaj üzvü olub. Hələlik 5 nəfərin xəsarət aldığı bildirilir.
“Şeremetovo” hava limanında sərnişin təyyarəsi yanır. TASS agentliyinin məlumatına görə, yaralılar var. Hadisə yerinə 10 təcili yardım briqadası cəlb olunub. RİA Novosti məlumat verir ki, 5 nəfər yaralanıb, 78 sərnişin yanan təyyarədən təxliyyə edilib.
Təyyarənin ekipajı havada yanan təyyarəni yerə salamat endirməyi bacarıb.
Moskvanın “Şeremetovo” hava limanında sərnişin təyyarəsi yanıb.
Bu barədə “Telegram kanal 112” xəbər verir.
Kanalın məlumatına görə, təyyarə Moskva-Murmansk reysini həyata keçirirmiş. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. Hava limanı müvəqqəti olaraq uçuş və enişlər üçün bağlanıb.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:5-05-2019, 21:18
Oxunub:156


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti