yüklənir...
yüklənir...

Xanımını itirən yaşlı kişi çaya düşüb boğuldu

Tovuzda 69 yaşlı kişi çaya düşüb.
Vetenperverler.Az xəbər verir ki, hadisə Tovuz rayonunun Vahidli kəndində baş verib.
Belə ki, rayonun Yuxarı Öysüzlü kənd sakini 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlu Vahidli kəndi ərazisində Vahidiçay çayına yıxılıb.
Bələdiyyədən verilən məlumata görə, V.Dilənov bu yaxınlarda həyat yoldaşını itirib və əsəbləri bir qədər gərgin olub:
“O, çayın kənarına gedib. Deyilənə görə, qohumlarıgilə gedərkən çayı keçmək istəyəndə yıxılıb və axın onu aparıb. Bir az səhhətində problem vardı, əsəbi idi. Hazırda onun axtarışları davam edir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarışları davam etdirir”.

Axtarışlara Fövqəladə Halar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Axtarışlar davam edir.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:27-04-2019, 10:08
Oxunub:131


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti