yüklənir...
yüklənir...

Yol nişanına məhəl qoymayan sürücü qəza törətdi

Paytaxtın Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Vetenperverler.Az -ın məlumatına görə, hadisə rayonun Əhməd Rəcəbli və Albert Aqarunov küçələrinin kəsişməsində qeydə alınıb. Məhərrəmov Anar Şamil oğlu 05 BG 330 dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobili ilə Əhməd Rəcəbli küçəsində hərəkətdə olarkən 99 FR 330 dövlət qeydiyyatlı “BMW” markalı avtomobillə toqquşub.

Məlumata görə, “BMW”-nin sürücüsü dairəvi yolda “yol ver” nişanının tələbini pozub. Nəticədə, qəza baş verib.

BMW” markalı avtomobilin sürücüsünün şəxsiyyəti hələlik məlum deyil.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-04-2019, 11:15
Oxunub:206


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti